Aygün Kazımova getdi – fotolar

Aygün Kazımova getdi – fotolar
12254 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova Almaniyaya yola düşüb.

Axşam.az-ın məlumatına görə, müğənni avqustun 27-də orada keçiriləcək "DAF BAMA Music Awards 2016" mükafatlandırma mərasiminə qatılacaq.

Mərasimin rəhbərliyi A.Kazımovanın “Azərbaycanın ən yaxşı qadın sənətçisi” nominasiyasında mükafat alacağını açıqlayıb.

İfaçı komandası ilə bir neçə aydır ki, Avropanın ən yaxşı arenaları siyahısına düşən "Barclayaard Arena"nın səhnəsində möhtəşəm şou göstərməyə hazırlaşır. A.Kazımova adıçəkilən beynəlxalq mükafatlandırma mərasiminə dəvət olunan ilk azərbaycanlı sənətçidir.

Dünya ulduzları ilə bərabər qırmızı xalıdan keçəcək xalq artisinin libasını modelyer Gulya Chagtex hazırlayıb. Sənətçinin stili üzərində isə Ruxa çalışıb.

"DAF BAMA Music Awards"da Aygün Kazımovanın prodüserliyini Gürcüstanın ən məşhur prodüser və pop ifaçılarından olan Stefane Mqrebrişvili edəcək.