Azərbaycanlı bəstəkarın Parisdə konserti olacaq

Azərbaycanlı bəstəkarın Parisdə konserti olacaq
493 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 8-də gənc bəstəkar Etibar Əsədlinin Parisin “Reservoir” klubunda konserti keçiriləcək.
 
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən Axşam.az-a verilən məlumata görə, Fransada yaşayan E. Əsədli 2013-cü ilə qədər Bakıda keçirilmiş caz festivallarında çıxış edib.
 
O, Fransa, İngiltərə, Türkiyə, İsveç, Gürcüstan, Rusiya və digər ölkələrdə konsert proqramları ilə çıxış edib, 48-ci Montrö Caz Festivalının iştirakçısı olub.