"Kördüğüm"də gözlənilməz ayrılıq - foto

"Kördüğüm"də gözlənilməz ayrılıq - foto
5188 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kördüğüm"də baş rolu canlandıran Belçim Bilgin serialdan ayrılmaq istədiyini açıqlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor Yılmaz Erdoğanla evli olan aktrisa bunu oğlu Rodinlə birgə Londona köçməsi ilə əlaqələndirib:

"Karyerama xaricdə davam edəcəyəm. Bunu Yılmazla danışdıq və qarşılıqlı şəkildə razılaşdıq".

Aktrisanın "Kördüğüm"ün yeni mövsümündə sadəcə bir neçə seriya iştirak edəcəyi deyilir.

Qeyd edək ki, Yılmaz və Belçim 2006-cı ilin yayında nikah masasına oturub. Cütlüyün 2013-cü ildən bəri boşanacaqları haqda xəbərlər yayılır. Lakin boşanmasalar da, ayrı yaşayan cütlük indi də fərqli ölkələrdə yaşayacaqlar. Yılmaz Mərmərədə, Belçim Londonda yaşamağa başlasa da, uşaqları üçün tez-tez bir araya gələcəklər.