Van Damdan azərbaycanlı idmançıya təbrik

Van Damdan azərbaycanlı idmançıya təbrik
4013 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun ulduzu Jan Klod Van Dam Çeçenistanın paytaxtı Qroznıda "Akhmat Fight Show" çərçivəsində rinqə çıxan idmançımız Zabit Səmədova zəng edib.

Axşam.az-ın məlumatına görə, Z.Səmədov bosniya və hersoqovinalı rəqibi Dzevad Poturakla üz-üzə gəlib və qalib gəlib. Aktyor idmançımızı bu münasibətlə təbrik edib.

Bu haqda aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb.

“Bu gün Hollivud ulduzu, əfsanəvi döyüşçü Jan Klod Van Dam Qroznı şəhərində Çeçenistanın keçmiş prezidenti Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan peşəkar kikboksinq turnirində Kikboksinqin WBC Muay Thai versiyası üzrə dünya çempionu adını qazanan, dəfələrlə dünya və Avropa çempionu olan, peşəkar kikboksinq üzrə müxtəlif yarışların qalibi, həmyerlimiz Zabit Səmədova zəng edərək qələbə münasibətilə təbrik edib.

“Qardaşım Zabit, sən bunu bacardın. Əhsən sənə. Afərin. Uğurların daha da çox olsun. Sənin tez bir zamanda Azərbaycanda keçirilən döyüşünü canlı izləmək mənə nəsib olsun” - bu sözləri Van Damm dedi, mən də tərcümə etdim” deyə, Hacı Nuran qeyd edib.