“Qısqansa yanımda gələrdi” - Murad Dalkılıç

“Qısqansa yanımda gələrdi” - Murad Dalkılıç
8272 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Murad Dalkılıç Bodrumda verdiyi konsertdən öncə aktrisa həyat yoldaşı Merve Boluğurla bağlı sualları cavablandırıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı müğənni jurnalistlərin Mervenin onun geyiminə qarışıb-qarışmadığı haqqında sualına təəccüblənib.

İfaçı deyib ki, modaya uyğun geyinməyə xüsusi həvəsi yoxdur:

“Bütün geyimlərimi stilistim İlkez Özen hazırlayır. Səhnə kostyumlarımdan tutumuş küçədə geyindiyim hər şeyi o seçir. Həyat yoldaşımın da geyim məsələsində köməyi olur”.

Murad həyat yoldaşının qısqanclığı haqqında suala isə belə cavab verib:

“Qısqansa yanımda gələrdi”.