İnsan sifəti plastik kartları əvəz edəcək

İnsan sifəti plastik kartları əvəz edəcək
2007 dəfə oxunub
  • A-
  • A
  • A+

Alış-veriş etmək üçün ödəniş kartına artıq ehtiyac olmayacaq.

Axşam.az ICTnews-a istinadən xəbər verir ki, Yaponiyanın “Sumitomo Mitsui Financial Group” (“SMFG”) adlı maliyyə qrupu alış-verişin ödənişi üçün sifətin tanınması texnologiyasını sınaqdan keçirməyi planlaşdırır.

2017-ci ilə planlaşdırılan sınaqlarda yapon şirkətinin pərakəndə partnyorları iştirak edəcək. Müştərinin sifətinin biometriyası qeydiyyat məlumatlarına bağlanacaq. Beləliklə, plastik kartdan istifadə etmədən alış-verişin haqqını ödəmək mümkün olacaq.

Bundan başqa, Yaponiyada alış-verişin ödənişi üçün barmaq izinin skan edilməsi texnologiyasını tətbiq etməyi düşünürlər. Bu layihə turistlərə barmaq izinin köməyi ilə 300 ticarət nöqtəsində alış-verişin haqqını ödəməyə imkan verəcək.