“Paramparça” daha bir ölkədə yayımlanacaq

“Paramparça” daha bir ölkədə yayımlanacaq
4076 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur “Paramparça” serialı İsveçin “SVT2” kanalında efirə gedəcək.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Endemol Shine Türkiye” şirkətinin çəkdiyi bu film daha öncə 50-dən çox ölkədə yayımlanıb.

“Paramparça” serialı İsveçdə “Förvaxlingen” (Qarışıqlıq) adı ilə təqdim olunacaq. Ekran işi 20 həftə ərzində həftə içi hər gün, ümumilikdə 100 seriya yayımlanacaq.

Qeyd edək ki, 2014-cü ilin 1 dekabrından etibarən çəkilən serial, hazırda 3-cü mövsümünə hazırlaşır. Geridə qalan 2 mövsümdə 88 seriya efirə gedib.