Qızların davası məşhur serialın axırına çıxdı

Qızların davası məşhur serialın axırına çıxdı
9331 dəfə oxunub
  • A-
  • A
  • A+

Erhan Yazıcıoğlu və Nükhet Duru kimi məşhurların yer aldığı "Şahane Damat" serialının bitmə səbəbi məlum olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, reytinqlərdə yaxşı yerlərdə olan ekran işi 8-ci seriya ilə ekranlara vida edib. 120 nəfərin işsiz qalmasına səbəb isə çəkiliş meydançasındakı davalar olub.

İddialara görə, serialın iki aktrisası Burcu Özberk və Hande Kaptanın bir-birlərinə olan düşmənçilikləri artıq dözülməz hal almağa başlayıb. Bir-birinə ağır sözlərlə sataşan aktrisalar yaradıcı heyətdən tutmuş prodüser Osman Sınava qədər hər kəsi əsəbiləşdiriblər. Buna görə layihənin davamı mümkünsüz hala gəlib.

Bu davalar N.Duru və E.Yazıcıoğlunu da bezdirib.