"Xəzər"in bu verilişi bağlandı, aparıcı işdən çıxdı

"Xəzər"in bu verilişi bağlandı, aparıcı işdən çıxdı
5814 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəzər TV-də yayımlanan “Star life” maqazin verilişinin aparıcısı Sahibə Nəzərova işdən ayrılıb.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən şou proqramı yayımdan qaldırılıb.

“Star life” verilişini isə “Xəzər maqazin” adlı proqram əvəzləyəcək.

S. Nəzərova açıqlamasında kanaldan getməsi barədə yayılan xəbərləri təsdiqləyib.

Aparıcı həftə içi hər gün ATV-də yayımlanacaq “Məryəm” adlı serialın baş rollarından birini ifa edəcək.