Türk mətbuatı Sinan Akcılın Bakı səfərindən yazdı

Türk mətbuatı Sinan Akcılın Bakı səfərindən yazdı
2591 dəfə oxunub
  • A-
  • A
  • A+
İki gün bundan öncə Bakının qonağı olan türkiyəli müğənni Sinan Akcıl artıq vətəninə qayıdıb.

Axşam.az-ın məlumatına görə, sənətçinin Azərbaycana səfəri Türkiyə mətbuatının da diqqət mərkəzində olub.

Xalq artisti Aygün Kazımova ilə birlikdə verilişlərə qatılan ifaçı onunla duet də oxuyub.

Türkiyənin “ucankuş” saytı Sinanın Bakıya səfəriylə bağlı yazdığı məqalədə bunları qeyd edib:

“Ən böyük veriliş “Gün keçir”ə qatılan Sinan Akcıl Azərbaycanın divası Aygün Kazımova ilə duet oxudu. Daha sonra radio şousuna qatılan Sinan Akcıl 16 oktyabrda Azərbaycanda verəcəyi konsert üçün həyəcanlandığını deyərək, xoş hisslərlə İstanbula qayıtdığını bildirib”.