Azərbaycanlı aktrisaya qadağa qoyuldu - fotolar

Azərbaycanlı aktrisaya qadağa qoyuldu -  fotolar
12492 dəfə oxunub
  • A-
  • A
  • A+
“Xəzər” telekanalında “Cehizsiz gəlinlər” adlı yeni serial yayımlanacaq.

Axşam.az-ın məlumatına görə, dram janrında olan ekran işi həftədə bir dəfə efirə gedəcək.

Serialda rol alan aktrisa Cəmilə Tağızadə əməkdaşımızla söhbətində ekran işi ilə bağlı məlumat verib.

O bildirib ki, filmdə dörd bacıdan birini canlandırır:

“Serial ailə-məişət mövzusundadır. Hər bir ailədə baş verə biləcək hadisələrdən bəhs edilir. Baş rejissor Rüfət Şahbazovdur. İkinci rejissor isə Vüsal Məmmədovdur.

Serialda dörd bacı, 1 qardaşıq. Mənimlə yanaşı aktrisalar Günay Əhməd, Rumiyə və hamının tanıdığı balaca Nuray rol alıb.

Bir çox tanınmış aktyorlar da ekran işində çəkilir”.

C.Tağızadə 1 il ərzində heç bir serialda rol almayacağını bildirib:

“Rəhbərliklə 1 illik müqavilə imzalamışıq. 1 il ərzində bundan başqa heç bir serialda çəkilə bilmərik”.