Bu gün iddialı yeni türk serialı başlayır - video

Bu gün iddialı yeni türk serialı başlayır - video
2702 dəfə oxunub
  • A-
  • A
  • A+

FOX TV-də yeni serial başlayır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş rollarda Seda Bakan və Kadir Doğulunun oluğu ekran işi bu gün ilk seriya ilə tamaşaçı qarşısına çıxacaq.

Serial körpəsi ilə birgə Almaniyada çətin mübarizədə olan Leyla (S.Bakan), ən yaxın insanlarının xəyanəti ilə rastlaşan Alper (K.Doğulu) və hər ikisinin həyatında dönüş nöqtəsi olacaq Haşmet (Mustafa Üstündağ) üçlüyündən bəhs edəcək. Körpəsinin gələcəyi üçün Haşmetə ərə getməyi qəbul edən Leylanın yolu Alperlə təsadüfən rastlaşacaq.

Layihənin rejissoru daha əvvəl "Yaprak Dökümü", "Menekşe ile Halil", "İntikam" kimi seriallarla sözünü deyən Mesuda Erarslandır.

Ssenari isə "Küçük kadınlar", "Ömre bedel" layihələri ilə uğur qazanan Deniz Akçaya həvalə edilib.