Səməd Səmədov üçün xoş gün

Səməd Səmədov üçün xoş gün
1170 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün xalq artisti Səməd Səmədovun ad günüdür.

Axşam.az-ın məlumatına görə, müğənni 67 yaşını qeyd edir.

“Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə qonaq olan xalq artisti nəvəsi İradənin də doğum günü olduğunu bildirib.

Ailəsindən, dostlarından təbriklər alan müğənni özünü xoşbəxt hiss etdiyini deyib.

Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olub. 1988-ci ildən Səməd Səmədov toylarda çıxış edib. Müğənniyə əsas məşhurluq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin'Qızlar' adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib.

2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazanıb. Ona bu adı Azətbaycan estradasının korifeyi Mirzə Babayev verib. Səməd Səmədov xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edir. O, Müstəqil “Qrant” Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısıdır. 2001-ci il sentyabrın 17-də Eldar Bağırbəyovun baş prodüsser olduğu “Ulduzlar Bağı”nda Səməd Səmədovun ad ulduzunun qoyulub.

12 sentyabr 2011-ci ildə xalq artisti fəxri adına layiq görülüb.