Cennifer Lopez sevgilisindən ayrıldıqdan sonra ilk dəfə - fotolar

Cennifer Lopez sevgilisindən ayrıldıqdan sonra ilk dəfə - fotolar
5961 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gün əvvəl ayrılan müğənni Cennifer Lopez və rəqqas Kasper Smart ayrılıqdan sonra ilk dəfə görünüblər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Kasperin dostları ilə tez-tez əyləncələrə getməsi, Cey Lonun onu çağırdığı tədbirlərdən birinə getməməsi ayrılığa səbəb olub. Nyu-York küçələrində fərqli məkanlarda görünən keçmiş sevgililərin əhvalı da fərqlənib.

Cennifer yenə də gülümsəyərək paparassilərə poz verib. Kasper isə kapuşonu da başına saalraq fotoqraflardan gizlənməyə çalışıb. K.Smartın yaxınlarının dediyinə görə, o, bu ayrılığın keçici olduğunu düşünür.