Aygün Kazımova Almaniyada hansı mahnını ifa edəcək?

Aygün Kazımova Almaniyada hansı mahnını ifa edəcək?
1998 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova artıq Almaniyadadır.

Axşam.az-ın məlumatına görə, o, sabah "DAF BAMA Music Awards 2016"nın təqdim etdiyi  "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatını almaq üçün Avropanın yaxşı səhnələrindən biri olan Barkleykard arenanın səhnəsinə çıxacaq.

Mükafatlandırma mərasimində A.Kazımova dünya şöhrətli reper Snup Doqla birgə ifa etdiyi "Coffee from Colombia" mahnısını ifa edəcək. Onu səhnədə Avropanın ən məşhur rəqs qruplarından biri müşayiət edəcək. Avqustun 24-dən Almaniyaya gedən A.Kazımova bu günlər ərzində həmin rəqs qrupu ilə mütəmadi məşqlər edib.

Qeyd edək ki, xalq artisti ilə yanaşı Almaniyaya gürcü prodüser Stefani Mqebrişvili, stilist Qusik Simon, müğənni Rəhim Rəhimli və bütün komandası səfər edib.