“WhatsApp” məlumatlarınızı belə qoruyun - izahlı fotolar

“WhatsApp” məlumatlarınızı belə qoruyun - izahlı fotolar
19252 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi “WhatsApp” istifadəçilərin şəxsi məlumatlarını "Facebook”a göndərməyə hazırlaşır.

Axşam.az Technote-yə istinadən xəbər verir ki, ismarıclar əvvəlki kimi “end-to-end” protokolu üzrə şifrələnəcək, istifadəçilərin foto və digər vacib məlumatları “Facebook”a göndərilməyəcək.

Bu üsulla “Facebook” reklam hədəfini yaxşılaşdırmaq üçün daha çox məlumat əldə etmək istəyir. Əgər siz məlumatların “Facebook”un reklam platformasına göndərilməsi ilə razılaşsanız, onda yaxın zamanda messencerdə sizə tanış olan şirkətlərin reklamları ilə qarşılaşacaqsınız.

Telefon nömrələrindən əlavə olaraq “WhatsApp” aşağıda təqdim olunmuş məlumatları da yığacaq.

- Əməliyyat sisteminin növü

- Ekran ölçüsü

- Rabitə operatoru

- Cihazın identifikatoru

- Tətbiqlərin istifadə olunma tezliyi

- Ölkənin telefon kodu

Bəs məlumatların göndərilməsini necə deaktiv etmək olar?

Əgər siz artıq “WhatsApp”da qeydiyyatdan keçmisinizsə onda bu funksiyanı deaktiv etməyin iki yolu var.

“WhatsApp”a daxil olduğunuz zaman ekranda “Conditions and Privacy Policy” bölməsi əks olunacaq. Şərtləri qəbul etməyə tələsməyin və “Read” düyməsinə klikləyin. Səhifənin aşağı hissəsində qəbul etmək düyməsi olacaq. Əgər siz məlumatların paylaşılmasını qəbul etmək istəmirsinizsə ilk öncə həmin düymənin yuxarısındakı kiçik yazının yanındakı “seçim” işarəsini aradan qaldırandan sonra düyməyə klikləyin.

Yox əgər siz şərtləri artıq qəbul etmisinizsə onda funksiyanı deaktiv etmək üçün sizin 30 gününüz var. Bunun üçün tətbiqdə “Settings” - > “Account” - > “Share my account info” bölməsinə daxil olaraq funksiyanı deaktiv edə bilərsiniz.