Keçən ay nişanlısından ayrıldı, bu ay meneceri ilə evləndi

Keçən ay nişanlısından ayrıldı, bu ay meneceri ilə evləndi
8457 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulda nişanlısı Ümit Acardan ayrılan 36 yaşı müğənni Tuğba Özerk meneceri Altan Nuh ilə eşq yaşamağa başlamışdı.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 həftədir birlikdə olan cütlük ani qərar alaraq bu gün evləniblər.

Çeşmədə baş tutan mərasimdə Tuğba və Altanın yaxınları onları tək buraxmayıblar.

Qeyd edək ki, Tuğbanın 2006-cı ildə biznesmen Erhan Kanioğlu ilə ilk evliliyi 2 il davam etmişdi.