"Kiralık aşk"da üç yeni obraz - fotolar

"Kiralık aşk"da üç yeni obraz - fotolar
4669 dəfə oxunub
  • A-
  • A
  • A+

Star TV ekranlarında yayımlanacaq "Kiralık Aşk" yeni mövsümə sürprizlərlə başlayacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş rollarında Elçin Sanqu, Barış Arduç, Salih Bademci, Nergis Kumbasar və Onur Büyüktopçunun yer aldığı serialda daha bir ad daxil olub.

Belə ki, Gizem Denizci yeni mövsümdə "Kiralık aşk"da görünəcək. O, indiyə kimi "Aşk Yeniden", "Sen Benimsin", "Evim Sensin" kimi layihələrdə iştirak edib.



Yeni mövsümdə "Eşkiya dünyaya hükümdar olmaz" serialından ayrılan Mujde Uzman da "Kiralık aşk"ın qəhrəmanlarından olacaq. O, "Seda Berensel" obrazını canlandıracaq.



Seriala yeni qatılan Seçkin Özdemir isə "Pamir Marden" obrazı ilə tamaşaçı qarşısına çıxacaq.