Fatimə müğənnilərdən kömək istədi

Fatimə müğənnilərdən kömək istədi
1112 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyeva rayonlarda konsert verəcək.

Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə qonaq olan sənətçi bunun üçün müğənnilərdən kömək istəyib:

“On rayon seçmişik. Konsertdə rəqqas İlhamla birlikdə olacağıq. Amma bunun üçün bizə kömək lazımdır. Müğənnilərin köməyinə  ehtiyacımız var. Çünki fasiləsiz səhnədə qala bilmərik. Libasları dəyişəndə kimsə çıxış etməlidir. Xalq artisti Səməd Səmədov bir dəfə söz vermişdi. Əgər sözünü tutsa, o da bizimlə birgə olacaq”.