Sevgilisindən Rihannaya möhtəşəm hədiyyə - foto

Sevgilisindən Rihannaya möhtəşəm hədiyyə - foto
5857 dəfə oxunub
  • A-
  • A
  • A+

Sənətdəki uğurlarının əksinə şəxsi həyatında bəxti gətirməyən Rihanna yenə də gündəmdədir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2009-cu ildə sevgilisi Kris Braun tərəfindən aldadılan və döyülən barbadoslu ifaçı uzun müddətdir Dreyklə sevgili olduğu deyilir.

İkili bu barədə heç bir şey deməsə də, tez-tez birlikdə görünürlər. Hər il verilən Maykl Cekson "Video Vanguard" mükafatını qazanan Rihannaya ən böyük sürprizi Dreyk edib.

O, Los-Ancelesdə bir reklam lövhəsinə "Dreykdən və OVOya qatılan hər kəsdən Rihannaya təbriklər" yazdırın. Rihanna bunu İnstaqramda hesabında paylaşıb. Paylaşım milyona yaxın insan tərəfindən bəyənilib. Bununla da ikili arasındakı gizli sevgi bir daha təsdiqini tapıb.