“Hələ ölməmişəm, yaşayıram”

“Hələ ölməmişəm, yaşayıram”
8179 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz ki, “Yeşilçam” filmlərinin məşhur aktyoru Tarık Akan ağciyər xərçənginə tutulub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 66 yaşlı aktyor 14 aydır bu xəstəliklə mübarizə apardığını bildirib.

T.Akan müalicənin davam etdiyini və hazırda özünü daha yaxşı hiss etdiyini söyləyib:

“Hələ ölməmişəm, yaşayıram. Qorxulu bir şey yoxdur. Hər şey yolundadır”.

Qeyd edək ki, T.Akan 1971-ci ildə başlayan aktyorluq karyerasında 111 filmdə və 4 serialda rol alıb.