“Üzüklər” filminin ilk treyleri - video

“Üzüklər” filminin ilk treyleri - video
7331 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissoru Xavyer Qutyerrezin olduğu yeni filmdə baş rolları Vinsent D’Onofrio, Laura Viggins, Aleks Rou, Bonni Morgan və digərləri canlandırıblar.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, “Üzüklər” (Rings) filminin premyerası bu ilin oktyabr ayında baş tutacaq.

Filmdə bir cavan oğlan çox həvəslə sirli videokasset haqqında araşdırma aparır. Əfsanəyə əsasən isə həmin videokassetə baxmış istənilən şəxs 7 gündən sonra vəfat edir. Oğlanın sevgilisi əmindir ki, oğlanı böyük bir təhlükə gözləyir. Buna görədə qız bütün olacaqları öz üzərinə götürmək qərarına gəlir. Lakin onlar təsəvvür belə etmirlər ki, hansı qorxu ilə qarşılaşacaqlar.