Verilişdə toy baş tutdu - fotolar

Verilişdə toy baş tutdu - fotolar
12306 dəfə oxunub
  • A-
  • A
  • A+

“Star Tv”də yayımlanan “Var Mısınız Yok Musunuz” yarışmasında toy mərasimi baş tutub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı İlker Ayrık yarışmada iştirak edən Ecem və Tuğra cütlüyünü verilişdə evləndirib.

Maraqlısı budur ki, cütlük iki ildir evlidir. Lakin onların toy mərasimi keçirilməyib. Daha öncə iki dəfə toy günü təyin etsələr də, müəyyən səbəbdən bu baş tutmayıb. Onlar iki il öncə rəsmi nikahla evləniblər.

İlker Ayrık onların çalğılı toy arzusunu verilişdə həyata keçirib.