Faiq Ağayevdən Flora Kərimovaya: "Bu çirkin qalmaqal..."

Faiq Ağayevdən Flora Kərimovaya:  "Bu çirkin qalmaqal..."
8563 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Flora Kərimovanın həmkarı Zeynəb Xanlarova haqda dediyi sözlərə Faiq Ağayev münasibət bildirib. 

Axşam.az-ın məlumatına görə, F.Ağayev bildirib ki, bu mübahisə 2006-cı ildən davam edir:

"Allah həyatını səhv yaşayan, yolunu azmış bəndəsini cəzalandırmaq istəyəndə, onun ağlını başından alır. Hər kəs Zeynəb ola bilməz. 

Azərbaycan musiqisində müstəsna xidmətləri olan böyük sənətkara həqarət etmək, adını ləkələmək - öz xalqına sataşmaq deməkdir. 

Son günlərin bu çirkin qalmaqalı illər əvvəl göstərdiyi azğın cəhdin davamıdır. Bu dünənin söhbəti deyil ki... 14 fevral 2006-cı ildə verdiyi müsahibənin birində də eyni hərəkətləri edib".

Qeyd edək ki, F.Kərimova Z.Xanlarova haqqında qalmaqallı sözlər deyib, onu sənətkar kimi qəbul etmədiyini bildirib, onu "çörəyi dizinin üstə" adlandırıb.