"Xəzər"ə keçdi, "Bacanaqlar"dan çıxarıldı - yenilənib

"Xəzər"ə keçdi, "Bacanaqlar"dan çıxarıldı -  yenilənib
8110 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa, aparıcı Aysel Nazim “Eks bacanaqlar” serialından ayrılıb.

Axşam.az-ın məlumatına görə, ekran işində Talehin (aktyor Elməddin Cəfərov – red.) ikinci həyat yoldaşı Xəyalə obrazını canlandıran aktrisa yeni mövsümdə serialda görünməyəcək.

Bu haqda əməkdaşımızla söhbətində aktyor Elməddin Cəfərov deyib.

“Buna səbəb Aysel Nazimin “Xəzər” telekanalında aparıcı kimi fəaliyyətə başlamasıdır” sualına E.Cəfərov belə cavab verib:

“Səbəblərdən biri budur. Yeni işində ona uğurlar arzulayırıq. İkinci səbəb isə Xəyalə obrazını artıq ssenaridən çıxarmağımızdır. İkinci mövsümdə də ikiarvadlılıq ola bilməzdi”.

Qeyd edək ki, A.Nazim "Xəzər"də "Rahat ev" verilişinə aparıcılıq edirdi. Proqramın yayımı yay istirahəti ilə əlaqədar dayandırılıb. Yeni mövsümdə efirə gedib-getməyəcəyi isə hələ məlum deyil.

"ÖMÜR BOYU "XƏYALƏ" OLARAQ QALA BİLMƏRƏM"

A.Nazim ekran işindən getməsinə münasibət bildirib.

O deyib ki, yeni layihələrlə tamaşaçı qarşısına çıxacaq:

"Serialda "ikiarvadlılıq" mövzusu çox davam edə bilməzdi. Ömür boyu "Xəyalə" olaraq qala bilmərəm. Gözəl kollektiv idi, bir il zövq alaraq çalışdım. Hər şeyi dadında buraxmaq lazımdır. Başqa layihələrim var. Fəaliyyətim davam edir, yaxın günlərdə yeni işlərlə pərəstişkarlarımı sevindirəcəm".