Aydan 1 ildən sonra yenidən ATV-də

Aydan 1 ildən sonra yenidən ATV-də
3979 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı, aktrisa Aydan Axundova seriala çəkilir.

Axşam.az-ın məlumatına görə, o, ATV-də yayımlanacaq “Kişi sözü” serialında rol alacaq.
Ekran işi sentyabrdan etibarən efirə gedəcək.

Serialda A.Axundova ilə yanaşı Cavid Gül, Nurlana Cəfərova, İslam Mehrəliyev və başqaları da rol alacaq.

Qeyd edək ki, A.Axundova ATV-də yayımlanan “Şarm” verilişinə aparıcılıq edib. Proqramın 2015-ci ildə yayımı dayandırıldıqdan sonra aparıcı heç bir verilişdə çalışmayıb. O, “Qardaşlar” serialının bir bölümündə epizodik obrazda çəkilib.