MTV ilin ən yaxşılarını seçdi - foto+video

MTV ilin ən yaxşılarını seçdi - foto+video
2062 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən Nyu-Yorkda "MTV Video Music Awards" mükafatlandırma mərasimi keçirilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecə maraqlı məqamları ilə yadda qalıb. Müğənnilərin səhnə şouları günə əlavə rəng qatıb.

Mükafatlarının sayına görə lider olan Beyons Madonnanın MTV rekordunu da yeniləyib. Müğənni Britni Spirs isə illər sonra ilk dəfə MTV səhnəsinə çıxıb.

İlin videosu - Beyons "Formation"
Qadın müğənnilər arasında ilin ən yaxşı videosu - Beyons, "Formation"
Kişi müğənnilər arasında ilin ən yaxşı videosu - Kelvin Harris və Rihanna, "This Is What You Came For"
İlin ən yaxşı hip-hop videosu - Dreyk, "Hotline Bling"
İlin ən yaxşı pop videosu - Beyons, "Formation"
İlin ən yaxşı rok videosu - "Twenty one pilots" qrupu, "Heathens"
İlin yüksələn ulduzu - DNCE
İlin birgə işi -  Fifth Harmony ft. Ty Dolla $ign, "Work From Home"
İlin ən uzun videosu - Beyons, "Lemonade"
Ən yaxşı bədii iş - Devid Boui, "Blackstar"
Ən yaxşı rejissor işi - Beyons, "Formation"
Ən yaxşı xoreoqrafiya - Beyons, "Formation"
Ən yaxşı operator işi - Beyons, "Formation"
Ən yaxşı montaj - Beyons, "Formation"
Ən yaxşı vizual effektlər - "Coldplay" qrupu, "Up&Up"