"Hadisəni sildim, amma Ebrunu silmərəm"

"Hadisəni sildim, amma Ebrunu silmərəm"
11543 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu yaxınlarda model sevgilisi Ebru Şallıdan ayrılan müğənni Sinan Akçıl müsahibə verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Sinan eyni zamanda ondan ayrıldıqdan sonra aktyor Cem Yılmazla sevgili olan Ebruya vida məktubu göndərib.

"Sən mənə dörd fəsli birdən yaşadırdın, mən beşincini axtardım. O, mənim bəzən anam, bəzən uşağım, hər zaman sevgilim, yeri gələndə sirdaşım olmuşdu..." şəklində başlayan romantik və kövrək məktubda Sinan üç il ərzində yaşadıqlarını təsvir edib.

S.Akçıl müsahibəsində Ebrunu sevdiyini, lakin artıq onların bir ara gələ bilməyəcəklərini deyib. O, C.Yılmazla sevgili olduqdan sonra E.Şallıya kobud mesajlar yazdığını iddia edən xəbərlərin yalan olduğunu vurğulayıb.

Müğənni bir zamanlar Hadisə ilə sevgili olub ayrıldıqdan sonra onun adına etdirdiyi tatusunu dəyişdirmişdi. Lakin o, "Hadisəni sildim, amma Ebrunu silmərəm" deyib.