Azərbaycanlı müğənninin qohumunun meyiti tapıldı

Azərbaycanlı müğənninin qohumunun meyiti tapıldı
6173 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda 3 il əvvəl itkin düşdüyü barədə xəbər yayılmış şəxsin öldürüldüyü üzə çıxıb.

Axşam.az DİN-ə istinadən bildirir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

E.Hümmətovun meyiti eksqumasiya edilib, adı çəkilən şəxslər isə tutulublar.

Qeyd edək ki, Elnur Hümmətov əməkdar artist Aygün Bəylərin əmisi nəvəsidir.