"Retro Bakı"da onlar oldu - fotolar

"Retro Bakı"da onlar oldu -  fotolar
614 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi çərçivəsində Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə konsertlər davam edir.

Axşam.az-ın məlumatına görə, növbəti konsertlərdə tanınmış müğənnilər Nurlan Əzizbəyli, Vüsal Hacıyev, Rüfət Xəlil, Günel İlqarlı, Sənubər Şərifova, Orxan Mirzəyev, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, Mircabbar Mirbabayev və Rasim Mustafazadə rəngarəng  ifaları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar.

Qeyd edək ki, layihə tədbirləri hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları ilə oktyabırın ortalarınadək davam edəcək.