Türkiyənin tanınmış aktyorlarına 15 il həbs

Türkiyənin tanınmış aktyorlarına 15 il həbs
2721 dəfə oxunub
  • A-
  • A
  • A+
Narkotika qalmaqalında adı hallanan türkiyəli aktyorlar Çağatay Ulusoy, Gizem Karaca, Yusuf Hasan Akgün ve Ayşe Selin Boronkayın istintaqı başa çatıb və onlar sərbəst buraxılıb.

Axşam.az-ın məlumatına görə, təxminən 8 aydır davam edən istintaqın nəticəsinə əsasən, İstanbul Prokurorluğu narkotik maddə daşımaq və yaymaqda təqsirləndirilən sənətçilərə 5 ildən 15 ilə qədər həbs cəzası verilə biləcəyini açıqlayıb.

Tanınmış aktyorların dostlarına narkotik maddə payladığı iddia edilir. Onlardan bəziləri bu iddiaları təsdiqləyib. Şübhəli şəxslərin digər həmkarları Cemal Hünal və Selen Katırcıoğlunun isə narkotikadan istifadə etdikləri, lakin yaymadıqları bildirilib. Bu səbəbdən onların işi İstanbul Baş Prokurorluğuna, orada təsdiqləndikdən sonra isə İstanbul Ağır Cəza Məhkəməsinə göndərilib. Sözügedən şəxslər “narkotikdən istifadə etmə” maddəsinə uyğun olaraq cəzalandırılacaq. Məhkəmə 15 gün ərzində müttəhimlərlə bağlı iddialara dair yekun qərar verəcək.