“Nadir xahiş etdi ki, ona kömək olum”

“Nadir xahiş etdi ki, ona kömək olum”
1419 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə uzun müddətdir işbirliyinə son qoyduğu prodüseri Rövşənlə yenidən bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, cütlük hətta birlikdə Nijnevartovsk şəhərində keçirilən tədbirə qatılıb.
Rövşən bundan sonrakı layihələrdə Nadirlə birlikdə olacağını deyib:

“Nadir solo konserti zamanı xahiş etdi ki, ona kömək olum. Mən də razılaşdım. Daha sonra Nijnevartovsk şəhərində bir tədbirə qatıldıq. Həmin tədbirdə Azərbaycandan yeganə müğənni Nadir idi. Bundan sonra da bəzi layihələrdə birlikdə olacağıq. Biz ayrılmaz dostlarıq”.

Qeyd edək ki, Nadir səfər zamanı “Nepara” qrupunun solisti Aleksandrla da görüşüb.