Polis Hadisənin bacısının plyajını bağladı - foto

Polis Hadisənin bacısının plyajını bağladı - foto
9565 dəfə oxunub
  • A-
  • A
  • A+

Hadisə bacısı Hülya Açıkgözün Bodrumda Candan Topdemir və Haluk Şentürklə birlikdə işlətdiyi “La Plaj” adlı çimərliyinə möhür vurulub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb plyajda 18 yaşdan kiçiklərə içki satılması olub.

Qeyd edək ki, bir neçə həftə öncə bu plyajda Gülşən və Ozan Çolakoğlunun konserti zamanı silahlı dava düşmüşdü. Daha sonra Yıldız Tilbenin konserti zamanı polis məkana basqın etmişdi. Çox səs-küy edildiyi üçün axşamlar kosnert verilməsinə qadağa qoyulmuşdu.