“Pul xatirinə sevmədiyim mahnını oxumaram”

“Pul xatirinə sevmədiyim mahnını oxumaram”
747 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasov böyük təqdimata hazırlaşır.

Bu haqda Axşam.az saytına açıqlama verən ifaçı sənəti ilə bağlı yeniliklərdən söz açıb:

“Bu yaxınlarda təqdim etdiyim “Sevəcəyəm” adlı mahnımın sorağını eşidirəm. Çox bəyənilib. İlk dəfə idi ki, bu janrda türksayağı mahnı ifa edirdim. Hər zaman sırf estradaya, xalq mahnılarına üstünlük vermişəm. Mahnıya klip çəkdikdən sonra böyük təqdimat edəcəm. Nəhayət ki, uzun fasilədən sonra hər kəsi bir yerə yığmaq mənə də qismət olacaq”.

Bir çox bəstəkarlardan mahnılar alan Kərim heç vaxt pul xatirinə oxumayacağını deyib:

“Gün ərzində o qədər bəstəkardan mahnılar gəlir ki… Hətta bir bəstəkar var ki, 38 mahnı göndərib. Mən sevmədiyim, bəyənmədiyim, ürəyimə yatmayan mahnını pul xatirinə oxumaram. Mahnı seçərkən sözlərə, notlara çox fikir verirəm. Musiqi təhsilim var, hər şeydən başım çıxır. Mahnıda ilk növbədə harmoniyalar düzgün olmalıdır. Elə bu kaprizlərimə görə də gec-gec yeni mahnı təqdim edirəm”.

Zəhra Əhmədova