Hər kəs bu uşaqların hərəkətini alqışladı - video

Hər kəs bu uşaqların hərəkətini alqışladı - video
2806 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaponiyanın "Omiya Ardija Junior" və İspaniyanın "Barselona" klublarının azyaşlıları arasında futbol görüşü baş tutub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ispanların 12 yaşdan kiçik ulduzları oyundan qələbəylə ayrıldıqları zaman qarşı tərəfin futbolçuları göz yaşlarına hakim ola bilməyiblər.

Rəqiblərini təsəlli etmək istəyən "Barsa"lı balacalar yapon futbolçulara tək-tək sarılaraq onları təsəlli ediblər. Bu görüntülər qısa müddətdə sosial mediada ən çox paylaşılanlar sırasına girib. "Barselona"nın futbolçularının bu hərəkətləri hər kəs tərəfindən təqdir edilib.