"Ermənilər bunu son ana kimi gizlətdilər" - Aygün Kazımova

"Ermənilər bunu son ana kimi gizlətdilər" -  Aygün Kazımova
6320 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova Almaniyada keçirilən "Daf Bama Music Awards 2016" beynəlxalq mükafatlndırma mərsimində erməni təxribatının qarşısını alıb.

Axşam.az-ın məlumatına görə, saytlardan biri müğənninin bu açıqlamasının yalan olduğunu iddia edib.

Məsələ ilə əlaqədar açıqlama verən A.Kazımova bunun qeyri-peşəkar bir addım olduğunu bildirib:

“Siruşonun “Sarı gəlin” mahnısını oxuyacağını 3 saat əvvəl məşq prosesində bildik. Komanda olaraq böyük şok yaşadıq. Çünki onun “Sarı gəlin” mahnısını oxuyacağı haqda heç yerdə məlumat yox idi. Ermənilər Azərbaycan musiqisini növbəti dəfə beynəlxalq arenada öz adlarına çıxarmaq istəyini son məşq prosesinə kimi gizli saxlamağı bacarmışdı. Vaxtın az olduğundan ilk növbədə təşkilatçı və rejissora etirazımızı bildirdik. Çünki hər dəqiqə bizim üçün böyük müddət idi. Daha sonra dərhal Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə və İdman və Gənclər Nazirliyinin əməkdaşına məlumat verdim. Azərbaycandan isə Berlindəki səfirimiz Pərviz Şahbazov məlumatlandırıldı və dərhal mənimlə Azərbaycanın Berlindəki səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı Sara Abbasova əlaqə saxladı. Məsələyə dövlət səviyyəsində müdaxilə olundu. Təəssüf ki, bəzi jurnalist vəsiqəsi daşıyan kəslər belə mənasız yazılar dərc edir".

A.Kazımova bildirib ki, Almaniya səhnəsində çıxışdan imtina etməyi belə düşünüb:

“Nazirliyə çıxışdan imtina edəcəyimi dedim. Lakin onlar bunun əleyhinə oldu və mütləq səhnəyə çıxmağımı məsləhət gördü. Məhz bu səbəbdən səhnədə Qarabağımızın adını xüsusi qeyd etdim. Hətta ermənilər “Sarı gəlin” mahnımızı ifa edəcəyi təqdirdə, səhnədə çıxışım üçün başqa mətn hazırlamışdım. Amma şükür ki, vaxtında erməni təxribatının qarşısı tam olaraq alındı.

Musavat.com saytı yazır ki, ermənilərin tanıtım çarxında “Sarı gəlin” olmayıb, guya onlar həmin mahnını ifa etməyəcəkmiş. Əlbəttə ki, əvvəldən bilinsəydi, bunun qarşısı  alınardı. Məncə, bu, erməni hiyləsi idi. Amma təəssüf ki, yerli mediamızda erməni dəyirmanına su tökən qurumlar da fəaliyyət göstərir. Azərbaycanın tanıtım çarxında mənim “Hayat ona güzel” və “İkinci sen” mahnılarım istifadə olunub. Mən isə “Coffee from Colombia” mahnımı ifa etmişəm.

Öz və bütün komandam adından Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, İdman və Gənclər Nazirliyinə, Azərbaycanın Almaniyadakı səfirliyinə təşəkkürümü bildirirəm”.