“Uçmağı bizimlə öyrən” uşaq festivalı keçiriləcək

“Uçmağı bizimlə öyrən” uşaq festivalı keçiriləcək
500 dəfə oxunub
  • A-
  • A
  • A+

YARAT Müasir İncəsənət Mərkəzi “Uçmağı bizimlə öyrən” uşaq festivalı keçirəcək.

Axşam.az-ın məlumatına görə, festival sentyabrın 10-da baş tutacaq.

Festival çərçivəsində balacalar meyvə və tərəvəzlərdən ləzzətli, sağlam yeməklər və içkilər hazırlamağı təcrübədən keçirəcəklər. Uşaqlara bayram əhval-ruhiyyəsi yaşadılacaq.

Festivala giriş sərbəstdir.

Günün proqramı:

10:00 - 12:00 Açıq havada uşaqlar üçün yoqa dərsi
10:00 - 16:00 Açıq havada rəsm dərsi
10:00 -17: 00 Küləklə rəqs
13:00-14:00 Çərpələnglərin uçurdulması
10:00 – 19:30 Uşaq əsərlərinin sərgisi
10:00 - 17:00 Qida incəsənəti
11:00 - 16:30 Animasiya filmlərinin nümayişi
11:30 – 17:00 «Öz cizgi film qəhrəmanını çək»
10:00 – 18:00 Üz rənglənməsi
12:00 -18:00 Oriqami üzrə ustad dərsi
10:00–18:00 “İstifadə olunmuş əşyalardan art obyektlər yarat”
10:00–18:00 Foto sessiya
10:00 - 18:00 Aktyorluq dərsi
12:00 – 17:00 Smuzi hazırlamaq üzrə ustad dərsi
17:00 – 18:00 Uşaq orkestrinin çıxışı
18:00–19:30 DİSCO parti
19:30 Helium şarlarının uçurdulması