Firəngiz Mütəllimovanı arıqladan pəhrizi - fotolar

Firəngiz Mütəllimovanı arıqladan pəhrizi -  fotolar
6754 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Firnəgiz Mütəllimova fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.-ın məlumatına görə, aktrisanın xeyli arıqlaması diqqətdən qaçmayıb.

Əməkdaşımızla söhbətində F.Mütəllimova pəhrizini açıqlayıb:

“Yeməyimə diqqət edirəm. Axşam saat 7-dən sonra heç nə yemirəm. Gün ərzində ancaq bir meyvə yeyirəm: bu gün üzüm, sabah şaftalı və digərləri. Yəni heç nəyi bir-birinə qarışdırmıram. Yeməklərdən də eyni qaydada istifadə edirəm. Bir gün toyuq, səhəri ət yeyirəm.
 
Əməliyyatdan sonra sağ ayağım işləmirdi. Ona görə çoxlu hərəkətlər edirəm. Məni formada saxlayan da elə idmandır”.

Yay istirahətindən danışan aktrisa İstanbula getmək planının təxirə düşmə səbəbini açıqlayıb:

“Bu yay baş verən terror hadisələrindən sonra aldığım biletləri geri qaytardım. İstanbula tez-tez həkimimlə görüşməyə gedirəm. Hazırda o Ankaradadır. Müayinə oktyabra qalıb. O şəhəri çox sevdiyim üçün dincəlməyə də ora getmək istəyirdim. Alınmadı... Əvəzində Azərbaycanın bölgələrində oldum, çox gözəl istirahət etdim”.

Foto: Ramin ASLANOV