ANS-in tanınmış aparıcısı yeni telekanala keçdi

ANS-in tanınmış aparıcısı yeni telekanala keçdi
6081 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS telekanalının tanınmış aparıcısı Rahil Sayadoğlunun yeni iş yeri müəyyənləşib.

Axşam.az-ın ölkə.az-a istinadən məlumatına görə, teleaparıcı bundan sonra Region TV-də fəaliyyətini davam etdirəcək. "Şəbəkə" verilişinin aparıcısı sentyabrdan yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Xəbəri Region TV-nin sözçüsü İsmayıl Həsənov da təsdiqləyib.

O, bildirib ki, Rahil Sayadoğlu ilə bir müddət öncə danışıqlara başlayıblar:

"Bir müddətdir ki, sözügedən aparıcı ilə danışıqlar aparırdıq, artıq, razılaşma əldə olunub. Aparıcı yeni mövsümdən etibarən maraqlı bir layihə ilə ekranda olacaq”.

Telekanal rəsmisi tanınmış aparıcının yeni layihəsi haqda ətraflı məlumat vermək istəməyib:

"Layihənin detalları haqda geniş məlumat vermək istəmirəm, verilişin uğur qazanacağına inanırıq”.