Məhkəmədə uduzsa, təzminatı qəpiklə ödəyəcək

Məhkəmədə uduzsa, təzminatı qəpiklə ödəyəcək
4694 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Təranə Qumral həmkarı Nazəninə məhkəmədə uduzması xəbərinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, ifaçı uzun müddətdir qalmaqal yaşadığı Nazəninin yalan danışdığını iddia edib.

T.Qumral məhkəmədə uduzsa, təzminatı qəpiklərlə ödəyəcəyini deyib:

“Bu pulları qəpik-qəpik yığmışam. Hələ yığmaqda da davam edirəm. Əgər qarşı tərəf məhkəməni udsa, onlara verəcəyəm. Amma sübutları yoxdur. Özləri deyib, özləri də inanıblar. Neyləmək olar. Odur ki, işimi ehtiyatlı tutmuşam. O vaxta qədər Allah kərimdir, bəlkə qəpiklərin sayı 3 minə çatdı”.

Qeyd edək ki, vəkil Adəm Məmmədov açıqlama verərək, Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovun Təranə Qumrala qarşı şikayəti üzrə məhkəmə prosesinin başa çatdığını söyləmişdi.