ANS-in daha bir aparıcısı başqa kanala keçdi

ANS-in daha bir aparıcısı başqa kanala keçdi
7578 dəfə oxunub
  • A-
  • A
  • A+

Natiq Nailəoğlu "Region TV"yə keçib.

Axşam.az-ın ölkə.az-a istinadən məlumatına görə, lisenziyası ləğv edilmiş ANS-in aparıcısı Natiq Nailəoğlu yeni mövsümdən "Region TV"də efirə çıxacaq.

"Region TV" kanalının sözcüsü İsmayıl Həsənov bildirib ki, N.Nailəoğlu ilə artıq razılığa gəliblər və o, yeni mövsümdən etibarən kanalın xəbərlər xidmətində aparıcı olaraq çalışacaq.

Qeyd edək ki, ANS-in daha bir əməkdaşı Rahil Sayadoğlu da bu mövsümdən etibarən "Region TV"də yeni layihə ilə efirə çıxacaq.