Kıvanç və Tubanın serialının ssenarisi belə olacaq

Kıvanç və Tubanın serialının ssenarisi belə olacaq
6056 dəfə oxunub
  • A-
  • A
  • A+

Tuba Büyüküstün və Kıvanç Tatlıtuğun baş rollarda çəkiləcəyi "Cesur ve Güzel" serialının ssenarisi bəlli olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, artıq məkanlar və digər aktyorların da dəqiqləşdirildiyi serialın çəkilişləri sentyabrın 20-də başlayacaq. Bundan əvvəl ulduz ikili "AyYapım"ın digər layihəsi olan "Siyah Beyaz"da çəkilməli idilər, lakin ssenarinin onlara uyğun olmamasını düşündükləri üçün şirkət onlara tamamilə başqa serial təklif edib.

Sema Ergenekon və Eylem Canpolatın yazdığı "Siyah Beyaz" isə növbəti il başqa aktyorlarla çəkiləcək.

Yeni "Cesur ve Güzel"i isə Ece Yörenç yazıb. "Medcezir" və "Kurt Seyit" seriallarını eyni zamanda yazan ssenari müəllifi həmin vaxt çox yorulduğu üçün uzun müddət idi ki, dünya gəzintisində idi.

Məlumata görə, Tuba (Süphan obrazı) və Kıvanç (Cesur obrazı) qisas dolu sevgi hekayətinin qəhrəmanları olacaqlar:

"Cesur adlı yaraşıqlı biri böyük şəhərdən qəsəbəyə köçəcək. Hər kəsi özünə heyran edən gənc o torpaqların varlı adamı, ailə şirkətlərini idarə edən gözəl Süphanla tanış olur. Bir-birinə aşiq olsalar da, ikisi də əsl həqiqətdən xəbərsizdir. Əslində onların ailələri keçmişdən bəri qatı düşməndir. Buna görə də böyük sevgiyə ailə maneəsi yaranır. Bu arada Cesurun həmin bölgəyə əslində nə üçün gəldiyi üzə çıxacaq".