Sıla bu paylaşımı ilə özünü bağışlatdı - foto

Sıla bu paylaşımı ilə özünü bağışlatdı - foto
9105 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd gecəsindən sonra avqustun 7-də İstanbulda keçirilmiş “Demokratiya və Şəhidlər Mitinqi”ni şou adlandıran müğənni Sılanın bu hərəkəti tənqidlərlə üzləşmiş və bir neçə konserti təxirə salınmışdı.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, psixoloji olaraq gərgin günlər keçirən ifaçı tətil üçün bir neçə gün öncə Yunanıstana getmişdi.

Sıla bu gün “Zəfər bayramı” münasibətilə sosial mediada Mustafa Kamal Atatürkün fotosunu paylaşaraq bu qeydi yazıb:

“Səni sevdiyimi söyləmişdimmi?”.

Onun bu paylaşımı qısa zamanda minlərlə insan tərəfindən rəğbətlə qarşılanıb. Sıla daha öncəki paylaşımına görə bir növ özünü də bağışlatmış olub.