Tanınmış sənətçi vəfat etdi - fotolar + video

Tanınmış sənətçi vəfat etdi - fotolar + video
49775 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi müğənni Naşide Göktürk bir ildir ağciyər xərçənginə görə xəstəxanada müalicə alırdı.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı müğənni edilən bütün müalicələrə baxmayaraq xəstəliyə qalib gələ bilməyib.

Bu gün Bakı vaxtı ilə 18:30 radələrində ifaçının ölüm xəbəri yayılıb

Müğənni Niran Ünsal Tvitterdəki hesabından acı xəbəri paylaşıb:

“Can dostum Naşide Göktürkü itirdik. Məkanı Cənnət olsun. Allahdan rəhmət diləyirəm”.

Qeyd edək ki, şair, bəstəkar və müğənni olan N.Göktürk 1 aprel 1965-ci ildə doğulub. Onun 6 albomu və 7 kitabı var.