Çağatay: “Hər kəsə məsləhət versəm də, öz ağlımdan yararlana bilmirəm”

Çağatay: “Hər kəsə məsləhət versəm də, öz ağlımdan yararlana bilmirəm”
2197 dəfə oxunub
  • A-
  • A
  • A+

“Adını Feriha Qoydum” serialı ilə bir gecədə ulduzu parlayan türkiyəli aktyor Çağatay Ulusoy yeni mövsümdə “Medcezir”lə ekranlara geri döndü.

Axşam.az-ın məlumatına görə, kifayət qədər yaraşıqlı, gülüşü ilə hər kəsin qəlbinə yol tapan Çağatay Türkiyənin məşhur xəbər portallarından birinə müsahibə verərəkən söhbətə belə başlayır:

- “Uzun müddətdir heç bir jurnalistlə üz-üzə gəlməmişəm. Ona görə bir az gərginəm”

-  Çağatay Ulusoy necə xarakterə sahib biridir ?

-  Ətrafımdakı insanların dərdinə fokuslanmağı sevirəm. Hər kəs mənə dərdini danışır, məsləhət verməyə çalışıram. Amma təəssüf ki, özümə gələndə ağlımdan yararlana bilmirəm. Elə məsələ də burada başlayır.

-  Türkiyə sizi “Best Model” yarışmasıyla tanıdı. Hər kəsə maraqlıdır, daha əvvəl necə bir həyatınız var idi?

-  İstanbulda dünyaya gəlib burada da böyümüşəm. Orta səviyyəli bir ailəyik.15 yaşında qardaşım var. O, aktyorluğa çox həvəs göstərsə də, bir az utancaqdır.

-  Məşhur olmaq istəyiniz uşaq yaşlarından başladı?

- Məşhurluq ağlımdan belə keçmirdi. 12 yaşında basketbolla məşğul olmağa başladım. Basketbol məşqçisi olmaq istəyirdim. Daha sonra İstanbul Universitetində “suvarma sistemi və dizayn” ixtisası üzrə təhsil almağa başladım. Hazırda təhsilimi dondurmuşam. Digər tərəfdən isə basketbol komandasında məşqlərimi davam etdirirdim.


“BU GÜNƏ QƏDƏR TELEVİZİYADA İZLƏDİYİM MƏŞHUR SİMALAR ARTIQ QARŞIMDA İDİ”


-  Bəs nə üçün hər şey yolunda ikən İdman Akademiyasına yox, “Best Model” yarışmasına daxil olmağa qərar verdiniz?

-  Dostlarım israr etdi. Amma mənim birinci olmaq kimi istəyim yox idi. Onsuz da idmanla məşğul olurdum və bu sahədən kifayət qədər zövq alırdım. Sadəcə ilk beşliyə daxil olmaq haqqında düşünürdüm. Amma hər şey gözlədiyimdən fərqli oldu və birincilik qazandım.

-  Televiziyaya gəlişinizdə də yəqin ki, bu yarışmanın əvəzsiz rolu oldu...

-  Yarışma keçirilən gecə artıq müxtəlif şirkətlərin diqqətini cəlb etməyə başladım. Evə qayıtdıqda zəng gəldi. Səhəri gün “Adını Feriha Qoydum” serialının ssenarisini oxudum və özümü sınamaq istədim. İlk iki gün dəhşətli dərəcədə gərgin idi. Ən maraqlısı isə o idi ki, bu günə qədər televiziyada izlədiyim məşhur simalar artıq qarşımda idi. Bir müddət sonra artıq işimdən zövq almağa başladım.


 “BEST MODEL” YARIŞMASINA QATILARKƏN BİRİNCİ OLMAQ HƏDƏFİM DEYİLDİ”


- Madam ki, aktyorluğu  bu qədər bəyəndiniz, bəs nə üçün bu sahə üzrə təhsil almırsınız?

-  Bilmirəm! “İllərlə aktyorluq sahəsində təhsil al, ümid et ki, qabiliyyətini nümayiş etdirəcəksən, amma belə bir şansın olmasın. Sonra da mənim kimi bu sahə ilə heç bir əlaqəsi olmayan biri gəlsin və şöhrət qazansın. 
İşimlə əlaqədar təhsil almağa vaxt tapa bilmirəm. Bununla yanaşı yerli və xarici təlimlərə qatılmaqla aktyorluğumu inkişaf etdirməyə çalışıram.

-  Baş rol oynayan, yaraşıqlı, yaxşı ailəyə sahib bir adam. Hər şey yolunda görünür. Həyatınızda dram yoxdur?

-  Eşitdiyim dəhşətli heyakələr var. Əgər onların yanında  “mənim bir dramım var” desəm, o hekayələrə böyük haqsızlıq etmiş olaram.

23 yaşında bu qədər böyük şöhrət qazanacağınızı gözləyirdiniz?

-  Düzünü desəm, yox! Çox böyük sürpriz oldu. Söylədiyim kimi “Best Model” yarışmasına qatılarkən belə hədəflərim yox idi.

-  O halda sizin digərlərindən fərqiniz nə idi?

-  Doğru zamanda, doğru yerdə, doğru insanlarla tanış olmaq və şansımın gətirməsi deyə bilərəm.



“ŞÖHRƏTƏ QAPILMAMAQ ÜÇÜN KÖHNƏ DOSTLARIMLA GÖRÜŞÜRƏM”



- İndi olduğunuz yer sizi təəccübləndirir?

- Bəli. Milyonlarla insan məni izləyir, yeni işimi gözləyir , sevgi nümayiş etdirirlər. Bu mənə inanılmaz motivasiya olur. Amma şöhrətə qapılmaq da olmaz. Çünki məşhurluq psixologiyanı pozar və hər şey tərsinə dönə bilər.

-  Demək istəyiriniz ki, siz şöhrətə qapılmamısınız?

-  Xeyir. Bu halla qarşılaşmamaq üçün köhnə dostlarımla görüşməyə davam edirəm. Keçmişimdən qopmamağa çalışıram.

-  Bütün bu yaşadıqlarınızın içində özünüzü neçə yaşında hiss edirsiniz?

-  Həyatda yaşadıqlarım saçımı ağartmasa da, mənə yetkinlik qatır. Buna görə də bir tərəfim uşaq, bir tərəfim isə yetkindir.


Çinarə