Bakı rusiyalı bloqqerin gözü ilə: "Bura möhtəşəmdir" - fotolar

Bakı rusiyalı bloqqerin gözü ilə: "Bura möhtəşəmdir" -  fotolar
2110 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı bloqqer İlya Varlamov Bakı ilə bağlı yazı hazırlayıb.

Axşam.az-ın məlumatına görə, paytaxtımıza səfər edən bloqqer şəhərin gözəlliyinə heyran olduğunu bildirib.

Bununla bağlı yazı hazırlayan İ.Varlamov bunları qeyd edib:

“Bu möcüzədir. Müasir Bakı – bura əsl möcüzələr diyarı, möhtəşəm yerdir. Bakı çox xoşuma gəldi.

Burada 4 il əvvəl olmuşdum, həmin vaxt tikinti işləri gedirdi. Yəqin ki, Bakı keçmiş sovet ölkələri arasında ən gözəl paytaxtdır. Gəzdikcə gözlər sevinir. Gördüyün hər yerin fotosunu çəkmək istəyirsən.

Evlərin eyvanı da gözəldir. Bu eyvanda günəş doğanda çay içib, pomidor-yumurta yeyib, türk qəhvəsinin dadına baxmaq istəyərdim.

Bakıya gedərkən yaddaşı çox olan fotoaparat kartı götürün, çəkəcəyiniz çox yer var”.