Azərbaycanlı məmurun qızı türkiyəli məşhurun toyunda - fotolar

Azərbaycanlı məmurun qızı türkiyəli məşhurun toyunda -  fotolar
14146 dəfə oxunub
  • A-
  • A
  • A+
İş dünyasının tanınmış simaları Selma Çilek və Sinan Çiftçinin toy mərasimi böyük səs-küyə səbəb olmuşdu.

Axşam.az-ın məlumatına görə, mərasimə Kənan İmirzalıoğlu, Sinem Kobal, Neslişah Alkoçlar, Aslışah Alkoçlar, Ceylan Çapa, Merve Boluğur, Nur Yerlitaş və Özge Ulusoy kimi tanınmış simalar qatılıb.

Məşhur simalar arasında Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova da iştirak edib. K.İbrahimova aktrisa Merve Boluğur, bloqqer İlkem Öztürklə şəkillər çəkdirib.

Qeyd edək ki, K.İbrahimova “DeCamie” moda evinin sahibəsidir.

"Çilek" mebel brendinin sahibi Nilgün-Mustafa Çilekin qızı Sema Çilek tanınmış modelyerdir. Kəmalə və Sema uzun müddətdir dostluq edir.