Selena Qomez səhnədən uzaqlaşdı:"Bu xəstəliyim..."

Selena Qomez səhnədən uzaqlaşdı:"Bu xəstəliyim..."
18219 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Selena Qomez karyerasına fasilə verir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 24 yaşlı ifaçı lupus xəstəliyindən sonra keçirdiyi depressiya səbəbindən dünya turnesini təxirə salıb. Keçən il müalicə üçün kimyaterapiya aldığını etiraf edən Selena belə deyib:

"Bu xəstəliyin yan təsirləri çoxdur. Panik atak, depressiya, həyəcan... Hazırda sağlamlığıma və xoşbəxtliyimə fokuslanmaq üçün ən yaxşı qərarın bir az fasilə olduğunu düşündüm. Bütün fanatlarıma dəstəkləri üçün təşəkkür edirəm. Mənim üçün nə qədər özəl olduğunuzu bilirsiniz. Tək olmadığımı bilirəm".

Qomez İndoneziyada verdiyi sonra konsertindən sonra sosial mediada fanatlarına müraciət ünvanlayıb:

"Bu gecə özümü süni hiss edirəm. Musiqimlə və özümlə əlaqəm itib. Heç zaman kliplərdə gördüyünüz halım məni tamamlamayıb. Anı yaşayıram və hələ olmamış şeylərdən qorxuram. Sönük hiss edirəm. Sizə hər zaman doğruları demişəm. Həyatımdakı bəzi şeyləri yenidən düşünməyə və bunu dəf etməyə ehtiyacım var".

Xatırladaq ki, 2013-cü ildə də Selena Asiya və Avstraliya konsertlərini təxirə salmış, reabilitasiya dövrü keçmişdi.

Qeyd edək ki, Lupus erythematosus, yəni qırmızı qurd eşənəyi xəstəliyi autoimmun xəstəliklərdən biridir. Bu zaman insan immuniteti hipeaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir.