Ebru yeni sevgilisi haqda: "Hələ tezdir"

Ebru yeni sevgilisi haqda: "Hələ tezdir"
3553 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sinan Akçıldan ayrıldıqdan sonra aktyor Cem Yılmaz sevgi münasibətlərinə başlayan model Ebru Şallı bu haqda açıqlama verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, tətildən İstanbula dönən Ebru jurnalistlərin suallarını cavablandırıb.

İlin süpriz sevgisini yaşayan E.Şallı hər şeyin yaxşı olduğunu vurğulayıb:

"Dostlar, münasibətimizdə problem yoxdur. Bu haqda çox danışmaq istəmirəm. Mənim danışmağım doğru olmaz. Bu münasibətlə bağlı az şey deməliyəm. Dəqiq söz üçün hələ çox tezdir".