“Solo konsert verənləri anlamıram” - Xumar

“Solo konsert verənləri anlamıram” -  Xumar
2624 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xumar Qədimovanın Lent.az-a müshibəsi
 
- Xumar xanım indi fotoqraf sizi çəkəndə gördüm ki, çox narahat oldunuz. Şəkil çəkdirməyi sevmirsiniz? Yoxsa, şəkillərdə yaxşı düşmürsünüz?
 
- Yox. Əksər hallarda şəkillərdə həyatda olduğumdan fərqli düşürəm. Demək, günlərin bir günü, hansısa sayt şəklimi çəkmişdi. Şəkillərə baxdım, dəli oldum. Elə indicə fotoqrafa dedim ki, şəkilim pis düşsə, verməyin.
 
- Xumar xanım haralardadır?
 
- Yaradıcılığımla məşğulam. Son vaxtlar “Gecələr, “Dilbərim” və bu kimi mahnıları dinləyicilərin ixtiyarına vermişəm. Bu yaxınlarda, təxminən iyirmi günə elə bir mahnı ortaya qoyacam ki, partlayacaq. Çox hörmət etdiyim bir sənətçinin repertuarına müraciət etmişəm. Kimin mahnısıdır, öncədən deməyəcəm. Qoy, sürpriz olsun. Həmin mahnını Xumar kimi oxumuşam. Öz üslubumla mahnıya yeni nəfəs vermişəm.
 
- Solo konsert vermək fikriniz var?
 
- Yox. Çünki, hər bir yeni mahnım, bir solo konsertdir. Solo konsertlər mənə çatmır.
 
- Xumar Qədimova kimləri dinləyir?
 
- Yalnız özümü dinləyirəm. Özümdən başqa ifaçıya qulaq asmıram.
 
- İfaçının tanınması üçün nə lazımdır? Əsas puldur?

- Əsas pul deyil. Müğənnin tanınması üçün birinci onun sənəti, ürəyi, sonra şarmı, daha sonra pulu olmalıdır. Daha sonra insan özü-özünə sual verməlidir. Mən niyə bu sənətdəyəm? Bu sənətdə olmağımla, nə demək istəyirəm?
 
- Xumar xanım bu cür sualları özü-özünə veribmi?
 
- Bəli. Bu sənətə gələn hər bir insan özü-özündən soruşmalıdır: Mən sənətimlə nə demək istəyirəm? Müğənni tamaşaçıya xoş  anlar bəxş etməlidir. Dinləyici ondan nəsə almalıdır.